Kağız fabrikində güclü yanğın - Ölən və yaralananlar var

16:01 - 02 İyul 2025

Kağız fabrikində güclü yanğın - Ölən və yaralananlar var

Taylandın Saraburi əyalətində yerləşən kağız fabrikində güclü yanğın  baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Banqkok şəhərindən təxminən 100 kilometr məsafədə yerləşən sənaye zonasında qeydə alınıb. Yanğın fabrikin birinci mərtəbəsində yerləşən kağız xammalı anbarında başlayıb.

Yanğın baş verən zaman müəssisədə təxminən 100 nəfərin çalışdığı bildirilib. İstehsalat sahəsində olan işçilərin əksəriyyətinin vaxtında binanı tərk etdiyi, lakin ikinci və üçüncü mərtəbədəki ofis əməkdaşlarının alovun sürətlə yayılması səbəbindən binada sıxışıb qaldığı qeyd olunub.

Əraziyə cəlb olunan yanğınsöndürən briqadaların səyləri nəticəsində yanğın təxminən 24 saat sonra nəzarət altına alınıb.

Hadisə nəticəsində üç korpusdan ibarət fabrikin böyük hissəsi tamamilə yararsız hala düşüb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az