Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi” serialında “Cevat Akarsu” obrazı ilə yadda qalan Şekip Taşpınar vəfat edib.
Manset.az xəbər verir ki, xəbəri aktyorun meneceri Temmuz Karıkutal sosial şəbəkələrdə paylaşdığı açıqlama ilə təsdiqləyib:
“Bu səhər dəyərli aktyorum Şekip Taşpınarı itirdiyim üçün dərin kədər içindəyəm. Çox xatirələrimiz oldu. Məkanın cənnət olsun, qardaş...” – deyə Karıkutal bildirib.
Qeyd edək ki, Şekip Taşpınar 2023-cü ildə alkoqoldan zəhərlənərək uzun müddət müalicə almışdı.