Bu ölkədə 11 gündə 911 zəlzələ qeydə alındı

17:58 - 02 İyul 2025

Bu ölkədə 11 gündə 911 zəlzələ qeydə alındı

Yaponiyanın cənub-qərbində yerləşən Tokara arxipelaqında iyunun 21-dən iyulun 2-dək 911 müxtəlif güclərdə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Kaqosima prefekturasındakı arxipelaq 11 gün ərzində ardıcıl zəlzələlərlə sarsılıb. Zəlzələlərin gücü 5,6 baladək çatıb.

Qeyd edilir ki, 1 bal və yuxarı gücdə 610, 2 bal və yuxarı 220, 3 bal və yuxarı 60, 4 bal və yuxarı isə 18 zəlzələ qeydə alınıb. Gücü 5 və daha yuxarı olan zəlzələ isə üç dəfə baş verib.

Rəsmi Kyodo agentliyinin məlumatına əsasən, zəlzələlər nəticəsində insan tələfatı və ya dağıntılar qeydə alınmayıb.

Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az