Qəzzada ölənlərin sayı 57 mini keçdi

17:21 - 02 İyul 2025

Qəzzada ölənlərin sayı 57 mini keçdi

İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən başlayan hücumları nəticəsində ölənlərin sayı 57 012 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzzada son 24 saat ərzində xəstəxanalarda 142 nəfər həyatını itirib, 487 nəfər yaralanıb. Yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 6 454 fələstinlinin öldüyü, 22 551 nəfərin yaralandığı bildirilib.

2023-cü ilin oktyabrından indiyədək İsrailin Qəzza zolağına hücumları nəticəsində ümumilikdə 57 012 nəfərin öldüyü, 134 592 nəfərin yaralandığı qeyd edilir.

Açıqlamada, həmçinin İsrail hücumlarında itkin düşənlərin vəziyyətini izləyən komissiyanın 223 nəfərin daha həyatını itirdiyini təsdiqlədiyi bildirilib. Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın olduğu qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az