Ermənistandan Rusiya dondurmasının idxalına qadağa

19:56 - 02 İyul 2025

Ermənistandan Rusiya dondurmasının idxalına qadağa

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu”nun dondurmalarının idxalına müvəqqəti qadağa qoyub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.

“Qida təhlükəsizliyi müfəttişliyi orqanı rəhbərinin qərarı ilə iyulun 2-dən etibarən Rusiyanın “Əsl Dondurma Zavodu” MMC-nin istehsal etdiyi dondurmanın Ermənistana idxalı müvəqqəti olaraq qadağan edilib”, - məlumatda bildirilir.

Məhsulların ölkəyə idxalına qadağa qoyulması ilə bağlı qərar məhsulun təhlükəsizliyi riskinin qiymətləndirilməsi zamanı qəbul edilib. Qeyd olunur ki, məhdudiyyətlər əvvəllər idxal olunan məhsullara şamil edilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az