Məşhur “Hollivud” aktyoru Maykl Madsen 67 yaşında dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, aktyor Kaliforniyanın Malibu şəhərində yerləşən evində ölü halda tapılıb.
Yaxınlarının verdiyi məlumata görə, Madsenin ölümünə ürək tutması səbəb olub.
Qeyd edək ki, karyerasına 80-ci illərdə başlayan Madsen “Reservoir Dogs”, “Kill Bill” və “The Hateful Eight” filmlərindəki unudulmaz rolları ilə izləyicilərin rəğbətini qazanıb.