ABŞ "TikTok"u Çindən alır

10:12 - 05 İyul 2025

ABŞ \"TikTok\"u Çindən alır

ABŞ Prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsinin Çinin "ByteDance" şirkətindən alınması ilə bağlı müqavilənin demək olar ki, hazır olduğunu bildirib.


Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vaşinqton Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətindədir.

"Bizim müqaviləmiz demək olar ki, hazırdır. Yəqin ki, Çindən razılıq alacağıq. Bu, dəqiq deyil, amma ehtimaldır", - Amerika lideri Nyu Cersiyə gedərkən təyyarəsində jurnalistlərə deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az