İsrail Müdafiə Qüvvələri (IDF) Livan Hizbullah hərəkatının hərbi obyektlərinə, həmçinin silah və istehsal anbarlarına hava zərbələri endirib.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri bu yaxınlarda bir neçə hərbi hədəfə, strateji silah anbarına və istehsal infrastrukturuna, həmçinin Bekaa bölgəsində və Livanın cənubunda Hizbullahın raket obyektinə hücum edib”, - İsrail Müdafiə Nazirliyinin Teleqram kanalında verdiyi açıqlamada deyilir.
Qeyd olunur ki, Hizbullahın fəaliyyəti və bu ərazidə silah saxlaması İsrail və Livan arasında imzalanmış müqavilənin qəbuledilməz pozulmasıdır.