Texasda ölənlərin sayı 100-ü keçdi

10:36 - 08 İyul 2025

 Texasda ölənlərin sayı 100-ü keçdi

ABŞ-nin Texas ştatında iyulun 4-də yağan güclü yağışlar nəticəsində baş verən daşqınlarda 104 nəfər, o cümlədən 28 uşaq həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kerr bölgəsində Quadalupe çayının daşması ən ağır nəticələrə səbəb olub . 84 nəfərin öldüyü bildirilib.

Texas qubernatoru Gregg Abbott bütün resursların səfərbər edildiyini açıqlayıb. Prezident Donald Tramp isə bölgəni fəlakət zonası elan edib.

Yerli rəsmilər Milli Hava Xidmətini vaxtında xəbərdarlıq etmədiyinə görə tənqid ediblər.

Axtarış-xilasetmə işləri davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az