Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva zənginləşdirilmiş uran sahəsində İrana texnoloji dəstək göstərməyə hazırdır.
Manset.az xəbər verir ki, Lavrov bu fikirləri Rio-de-Janeyroda keçirilən BRİKS sammitindən sonra səsləndirib.
“Bizim bu sahədə texnoloji imkanlarımız var. Bu texnologiyaları paylaşmağa hazırıq.”
Nazir əlavə edib ki, artıq zənginləşdirilmiş uran Rusiyaya gətirilib və gələcəkdə enerji məqsədilə İrana qaytarıla bilər.
Lavrov həmçinin NATO-nun genişlənməsini tənqid edərək, alyans daxilində fikir ayrılıqlarının dərinləşdiyini vurğulayıb.