Ukrayna ordusunda qadınların sayı artır

08:00 - 25 İyul 2025

Ukrayna ordusunda qadınların sayı artır

Ukrayna Silahlı Qüvvələrində qadınların sayı artır, onlar bütün sahələrdə xidmət edirlər.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Qərb” Operativ Komandanlığının sözçüsü Oleq Dombrovski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ordusu ardıcıl şəkildə gender bərabərliyi sahəsində beynəlxalq təcrübəni tətbiq edir:

“Qadın hərbçilərin müxtəlif vəzifələrə marağı artır. Bizdə yəqin ki, artıq elə bir xüsusi ixtisas qalmayıb ki, orada qadın hərbçilər iştirak etməsin”.

Bundan əvvəl ukraynalı könüllü Berlinskaya bildirib ki, qadınlar və 18 yaşlılar səfərbərliyə hazırlaşmalıdırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az