Cənubi Koreyanın Çenqdo bölgəsində bu gün səhər saatlarında baş vermiş qəza nəticəsində 2 işçi həyatını itirib, 4 nəfər isə yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, sərnişin qatarı relsdən çıxaraq, ərazidə güclü yağışdan sonra baxış aparan işçiləri vurub. Qəzanın nəticəsində yaralanan işçilərdən ikisi xəstəxanaya çatdırılarkən ölüb, dördü isə ağır xəsarətlər alıb.
Qatarın içində 89 sərnişin olduğu bildirilib və onlar arasında heç bir xəsarət alan olmayıb.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.