ABŞ Dövlət Departamenti ilin əvvəlindən 6000-dən çox tələbənin vizalarının müddətinin bitməsi və qanun pozuntuları səbəbindən ləğv edildiyini təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, vizaların ləğv olunma halları əksərən ciddi cinayətlərə, o cümlədən hücum, sərxoş vəziyyətdə avtomobil sürmə, oğurluq və terrora dəstək vermə kimi əməllərə görə baş verib.
Həmin tələbələrin vizalarının etibarlılığının dayandırılması qərarı, qanun pozuntularının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib. ABŞ Dövlət Departamenti bu addımı alqışlayaraq, digər xarici tələbələrə də ölkədə qanuni fəaliyyət göstərmələrini tövsiyə edib.