İyunun 26-dan Pakistanda yağan musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 688 nəfərə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın şimalındakı Svabi rayonunda güclü musson yağışları səbəbindən Darorai kəndində azı 12 ev su altında qalıb, 18 nəfər həyatını itirib.
Pakistan ordusunun əsgərləri və yerli könüllülərin dəstəyi ilə axtarış və xilasetmə əməliyyatları davam etdirilir.