Robot analar körpələr dünyaya gətirəcəklər

12:51 - 19 Avqust 2025

Robot analar körpələr dünyaya gətirəcəklər

Çin mərkəzli Kaiwa Technology şirkətinin alimləri, süni uşaqlıq texnologiyasının inkişafı ilə əlaqədar dünyada ilk dəfə "hamiləlik robotu"nu yaratmaq üçün işlərə başlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin qurucusu Dr. Zhang Qifeng, bu texnologiyanın artıq "yetkin səviyyəyə" çatdığını bildirərək, robotun qarın boşluğuna inteqrasiya edilərək insan-robot qarşılıqlı əlaqəsi vasitəsilə hamiləlik prosesinin başlaya biləcəyini açıqlayıb.

9 Aylıq hamiləlik prosesinin detalları

Robotun süni bətnində körpə, borudan gələn qida maddələri və xüsusi amniotik maye ilə inkişaf etməyə davam edəcək. Doqquz aylıq hamiləlik dövrü başa çatdıqda isə canlı körpənin doğulması mümkündür. Şirkət rəhbərliyi, bu sistemin gələn il bazara çıxacağını və qiymətinin təxminən 100.000 yuan (təxminən 10.000 funt sterlinq) olacağını açıqlayıb. Lakin hələlik süni bətnə embrionun necə yerləşdiriləcəyi və mayalanma prosesinin necə həyata keçiriləcəyi ilə bağlı ətraflı məlumat verilməyib.

Yeni texnologiya mövzusu üzərində etik müzakirələr:
Bu yeni texnologiya ilə əlaqədar ciddi etik və hüquqi müzakirələr başlayıb. Dr. Zhang, belə bir konsepsiyanın tamamilə yeni olmadığını qeyd edərək, əvvəllər alimlərin vaxtından əvvəl doğulmuş quzuları "biobaqlarda" uğurla saxladıqlarını xatırladıb. Lakin bu yeni texnologiya, bioloji proseslərin yerinə robot sistemləri gətirilməsi ilə ciddi mübahisələrə yol açıb.

Sonsuzluq problemi və etik narahatlıqlar:
Çində sonsuzluq nisbətinin artması ilə əlaqədar, bu texnologiyanın bir çox cütlük üçün çıxış yolu olacağı düşünülür. Lakin bəzi ekspertlər bu texnologiyanı "təbiətin bioloji əlaqələrini dağıtmaq cəhdi" kimi qiymətləndiriblər. Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları, süni bətnlərin hamiləliyi "xəstəlik prosesi" kimi göstərə biləcəyini vurğulayıblar. Lakin tərəfdarları, süni bətnlərin qadınlara hamiləliyin fiziki risklərindən qorunmaqla daha çox azadlıq verə biləcəyini bildirirlər.

Bu texnologiyanın hüquqi və etik tərəfləri, gələcəkdə geniş müzakirələrə səbəb olacaq kimi görünür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az