İranda avqustun 23-də, yüksək istilər səbəbindən enerji istehlakının artmasını azaltmaq məqsədilə dövlət qurumları bağlanacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tətil əsasən Tehran və 13 əyalətdə keçiriləcək. O cümlədən Əlborz, İsfahan, Xuzistanda tətillər olacaq. Həmçinin, bəzi əyalətlərdə iş saatları 06:00-11:00-ə endiriləcək.
İran Meteorologiya Xidməti, havanın cənub və qərb bölgələrində 45 dərəcəni keçdiyini bildirir. Səlahiyyətlilər, vətəndaşları enerjiyə qənaət etməyə və günəşə birbaşa məruz qalmamağa çağırıb. Tehranda elektrik enerjisi kəsiləcək bölgələrdə isə gündəlik 2 saatlıq elektrik təchizatı dayandırılacaq.