Trampdan Venesuelaya SİQNAL

11:51 - 18 Noyabr 2025

Trampdan Venesuelaya SİQNAL

ABŞ Prezidenti Donald Trump, Venesuelaya hərbi qoşun göndərməyi nəzərdən keçirib-keçirmədiyinə dair verilən suala, "Bu ehtimalı istisna etmirəm. Heç bir ehtimalı istisna etmirəm," şəklində cavab verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Ağ Evdə keçirilən bir tədbirdə gündəmdəki mövzularla bağlı açıqlamalar verib. Venesuela ilə yaşanan gərginliklərə toxunan Trump, Venesuelaya hərbi qoşun göndərməyi düşünüb-düşünmədiyinə dair verilən sualı, "Bu ehtimalı istisna etmirəm. Heç bir ehtimalı istisna etmirəm," şəklində cavablandırıb.

Venesuela məsələsinə diqqət yetirmələri lazım olduğunu vurğulayan Trump, "Onlar həbsxanalardan yüzminlərlə insanı ölkəmizə buraxdılar. Bunu buradakı gənc xanımdan (Daxili Təhlükəsizlik Naziri Kristi Noem nəzərdə tutulur) daha yaxşı heç kim bilməz," - deyə bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az