Türkiyədə bina çökdü - Yaralılar var

10:07 - 26 Noyabr 2025

Türkiyədə bina çökdü - Yaralılar var

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda bir inşaat sahəsində gecə saatlarında torpaq sürüşməsi baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, amma ətrafdakı bir binada yaşayan sakinlər evakuasiya edilib.

Əldə edilən məlumata görə, Amasra rayonunun Kaleşah kəndində, Kaymakamlıq binasına 150 metr məsafədə yerləşən bir inşaat sahəsində, gecə saatlarında yerin çöküşü baş verib. İnşaat üçün təməl qazıldığı ərazidə baş verən bu hadisədə, şükürlər olsun ki, ölü və ya yaralı yoxdur. Hadisənin baş verdiyi vaxtda işçilərin olmaması səbəbindən faciənin qarşısı alınmış olub.

Hadisə baş verdikdən sonra, əraziyə çox sayda axtarış-xilasetmə qrupu və təhlükəsizlik qüvvələri göndərilib. Hadisə yerinə yaxın bir binada yaşayan sakinlər isə təxliyə edilərək, binadan çıxarılıb. Təxliyə edilən şəxslər, rayonda yerləşən müəllimlər evi və polis evi kimi sosial obyektlərə yönəldilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az