Ukrayna Prezidenti Vladimir Zelenski "Rusiya ilə Ukrayna arasındakı müharibə hələ bitməyib" - deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski, Ukraynada müharibədən sonrakı sülhü təmin etməyə yönəlmiş və 30-dan çox ölkənin iştirak etdiyi Könüllülər Koalisiyasının toplantısından sonra açıqlamalar verib. Zelenski "Rusiya ilə Ukrayna arasındakı müharibə hələ bitməyib. Rusiya hər gün cəbhədə xalqımızı öldürür, şəhərlərimizə və enerji infrastrukturumuza hücum edir. Buna görə də, bu müharibəni sona çatdırmaq üçün diplomatik səylər davam edərkən, tərəfdaşlarımızın Ukraynaya hər gün yetərli müdafiə və təhlükəsizlik dəstəyi verməyə davam etmələri çox vacibdir" - deyə bildirib.
Könüllülər Koalisiyasının bütün üzvlərinin bunu anladıqlarını və Ukrayna ordusuna və xalqına kömək etməyə davam etməyə hazır olduqlarını bilməkdən məmnun olduğunu ifadə edən Zelenski, "Həm müdafiə, həm də diplomatik dəstəyi davam etdirməyimiz çox önəmlidir. Bugünkü Koalisiya üzvləri ilə apardığımız danışıqlar bunu təsdiq edir" - deyib.