Hindistan əsilli amerikalı milyarder iş adamı Rama Raju Mantenanın qızı Netra Mantena ilə texnologiya sahəsində fəaliyyət göstərən startap qurucusu Vamsi Qadircunun Hindistanın Udaypur şəhərində keçirilən dörd günlük dəbdəbəli toy mərasimi günlərlə dünya mediasının gündəmində qalıb.
Manset.az xarici mediaya istinadın Təmtəraqlı məkan, zəngin mərasim proqramı və beynəlxalq səviyyədə tanınan qonaqlar sayəsində toy haqqında geniş yazılar dərc olunub.
Mərasimin ən çox danışılan anı isə dünya şöhrətli pop ulduzu Jennifer Lopezin (J.Lo) çıxışı olub. Lopez 23 noyabr, bazar günü axşam səhnəyə çıxaraq toyu adeta möhtəşəm konsertə çevirib.