Çinin xüsusi inzibati bölgəsi olan Honq-Konqda təxminən 4 min nəfərin yaşadığı, 8 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksində baş verən güclü yanğın hələ də davam edir. Binaların yenilənməsi məqsədilə fasad boyunca quraşdırılmış bambuk iskələlərinin alovun sürətlə yayılmasına şərait yaratdığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı içəridə qalan 36 nəfərin həlak olduğu, 29 nəfərin ağır yaralandığı açıqlanıb. Bundan əlavə, 279 nəfərdən xəbər alınmadığı bildirilib. Yanğının söndürülməsi istiqamətində yanğınsöndürənlərin müdaxiləsi fasiləsiz davam edir. Hadisə yerindən yayılan görüntülər faciənin nə qədər geniş miqyas aldığını açıq şəkildə göstərir.
Yanğın Honq-Konqun Tai Po bölgəsində yerləşən, 8 binadan ibarət yaşayış məhəlləsində baş verib. İstintaq və axtarış-xilasetmə tədbirləri davam etdirilir.