44 nəfər öldü, 279 nəfərdən xəbər yoxdur - Honq Konqda yanğın fəlakəti 

09:29 - 27 Noyabr 2025

44 nəfər öldü, 279 nəfərdən xəbər yoxdur - Honq Konqda yanğın fəlakəti 

Honq Konq ərazisindəki yaşayış kompleksində baş verən yanğında 44 nəfər həlak olub, 279 nəfərdən isə hələ də xəbər yoxdur. Yaralılardan 45-nin vəziyyəti ağırdır.


Manset.az xəbər verir ki, 1900-dən çox mənzilin olduğu kompleksdə yanğın binaların təmirinə görə qurulan bambuk dayaq konstruksiyaları və pəncərələrin üzərindəki plastik köpük materialı səbəbindən sürətlə yayılıb. Təxminən 4 min nəfərin yaşadığı ərazidə alova bürünən 7 binadan 3-ü nəzarətə alınıb, digər 4 binada yanğın davam edir.

Hadisə ilə bağlı təmir işlərinə cavabdeh tikinti şirkətinin iki müdiri və məsləhətçi mühəndis “ehtiyatsızlıqdan adam öldürmə” şübhəsi ilə saxlanılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az