“Quruluş Osman” teleserialından ayrılan Burak Özçivit bu dəfə qazancı ilə gündəmə gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktyorun yeni layihəsi çərçivəsində imzaladığı reklam müqaviləsindən ümumilikdə 45 milyon türk lirəsi gəlir əldə etdiyi iddia olunur. Məlumata görə, razılaşma yalnız reklam çarxı ilə məhdudlaşmır, eyni zamanda Özçivitin səhnəyə çıxacağı tamaşanı da əhatə edir.
Özçivit aktyorluq karyerasında ilk dəfə olaraq tək nəfərlik teatr tamaşası ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Teatr səhnəsi üçün intensiv hazırlıq mərhələsinə daxil olan aktyor indidən böyük maraq doğurub.