Maskın sərvəti 600 milyard dolları keçdi

09:30 - 16 Dekabr 2025

Maskın sərvəti 600 milyard dolları keçdi

İlon Mask sərvəti 600 milyard dollar həddini aşan ilk şəxs olub.

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Jurnal Maskın sərvətindəki artımı onun kosmik texnologiyalar üzrə fəaliyyət göstərən SpaceX şirkətinin bazar dəyərinin yenidən dəyər qazanması ilə əlaqələndirir.

Tender təklifinin elanından sonra şirkətin dəyəri avqustda 400 milyard dollardan dekabrda 800 milyard dollara yüksəlib.

    Jurnalın hesablamalarına görə, SpaceX-in təxminən 42 faizinə sahib olan Maskın sərvəti bu fonda 168 milyard dollar artaraq 677 milyard dollara çatıb.

    Qeyd edək ki, əvvəlki rekord da İlon Maska məxsus idi. O, oktyabr ayında sərvəti 500 milyard dolları keçən ilk insan olmuşdu.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az