ABŞ-lı milyarder Elon Musk 600 milyard dollar sərvəti aşan tarixdəki ilk şəxs olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Muskın "SpaceX" şirkətinin 800 milyard dollar qiymətləndirilərək bazara çıxarılacağına dair xəbərlərin ardından baş verib.
Oktyabr ayında 500 milyard dollar sərvəti aşan ilk şəxs olan Musk, gələn il "SpaceX"in səhmlərini bazara təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, o, şirkətdə təxminən 42 faizlik paya sahibdir.