Boşanmamış yeni münasibətə başlayıb? - Tanınmış aktrisa ilə bağlı iddia

23:17 - 16 Dekabr 2025

Boşanmamış yeni münasibətə başlayıb? - Tanınmış aktrisa ilə bağlı iddia

Pelin Akilin yeni münasibəti ilə bağlı iddialar gündəmə gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, uğurlu layihələri ilə daim diqqət mərkəzində olan Pelin Akilin yeni münasibətə başladığı irəli sürülür. Bununla yanaşı, aktrisanın həyat yoldaşı Anıl Altanla hələ də rəsmi şəkildə boşanmadığı və nikahlarının hüquqi baxımdan qüvvədə olduğu barədə iddialar maraq doğurub. Jurnalist Mehmet Üstündağ mövzu ilə bağlı açıqlamasında “Sevgilisi aktyordur və hamı onu tanıyır” deməklə marağı daha da artırıb.

Pelin Akil və Anıl Altan “Arka Sıradakiler” serialının çəkiliş meydançasında tanışaraq sevgi münasibətinə başlamış, 2016-cı ildə ailə qurmuşdular. Cütlüyün 2019-cu ildə Alin və Lina adlı əkiz qızları dünyaya gəlmişdi.

Uzun müddət nümunəvi cütlük kimi təqdim olunan aktrisalarla bağlı ayrılıq xəbərləri Pelin Akilin qatıldığı konsertlərin birində verdiyi açıqlamadan sonra dəqiqləşmişdi. Tanınmış aktrisa “Bəli, ər-arvad kimi yollarımızı ayırdıq” sözləri ilə ayrıldıqlarını təsdiqləmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az