ABŞ Senatı Prezident Donald Tramp tərəfindən ikinci dəfə namizəd göstərilən milyarder astronavt Jared Isaacmanın NASA başçısı olaraq təyin edilməsini təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "SpaceX" astronavtı Isaacman, NASA-nın 15-ci prezidenti oldu. Tramp, Isaacmanı ötən il də NASA rəhbəri vəzifəsi üçün seçmiş, lakin may ayında namizədliyini geri götürmüşdü.
Kariyerasına ödəniş emalı şirkəti "Shift4 Payments" və müdafiə sənayesi şirkəti "Draken International"ı qurmaqla başlayan Isaacmanın, sonradan kosmik pilotluğa yönəldiyi məlumdur. Isaacmanın Elon Musk ilə güclü əlaqələrinin olduğu və Muskın sahibi olduğu "SpaceX" ilə birlikdə yaratdığı xüsusi kosmik uçuş proqramı Polaris çərçivəsində təşkil edilən iki kosmik missiyaya qatıldığı qeyd olunur. "Forbes"in təxminlərinə görə, Isaacman-ın sərvəti 1.2 milyard dollar təşkil edir.