Türkiyənin Manisa şəhərində arvadını öldürən Adəm Yanar İrana qaçmağa cəhd edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dekabrın 20-i, şənbə günü gecə saatlarında Saruhanlı rayonunda yaşayan cütlük 46 yaşlı Adem Yanar və 43 yaşlı Rukiye Yanar arasında naməlum səbəbdən mübahisə baş verib.
İddialara görə, mübahisə cütlük maşında gedərkən davam edib. Adem Yanar Turqutlu rayonunun Ova ərazisində həyat yoldaşını silahla vurub və sonra hadisə yerindən qaçıb.
O, ölkədən qaçmağa cəhd edərkən saxlanılıb.