Türkiyəli tanınmış ifaçı Aleyna Tilkinin narkotik maddə ilə bağlı verilən test nəticəsi müsbət çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 25 yaşlı məşhur ifaçının marixuana istifadə etdiyi müəyyən edilib.
Qeyd edək ki, Aleyna Tilki İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan məşhurları əhatə edən narkotik maddə araşdırması çərçivəsində 18 dekabrda saxlanılaraq qan və saç nümunələri götürüldükdən sonra azadlığa buraxılmışdı.