İstanbulda güclü yağış və fırtına səhər saatlarından etibarən təsirini artıraraq hava nəqliyyatında da çətinliklərə səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sabiha Gökçen Hava Limanına eniş etmək üçün aşağı enən təyyarə, əlverişsiz hava şəraiti səbəbilə eniş zolağını düşə bilməyib.
Məlumata görə, təyyarə zolaq üzərində bir müddət asılı vəziyyətdə qalıb. Bu müddət ərzində təyyarədə gərgin anlar yaşanıb.