Fransada 2025-ci ildə şirkət iflasları rekord səviyyəyə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara əsasən, 68 min 500 müəssisə fəaliyyətini dayandırıb və iflaslar əvvəlki ilə nisbətən 3,4% artıb. Pandemiyadan əvvəlki dövrlərə nisbətən ən böyük artım isə nəqliyyat və anbar sahəsində müşahidə olunub.
Açıqlanan rəsmi rəqəmlərə görə, ilin sonunda 68 min 500 şirkət fəaliyyətini dayandırıb. Bu rəqəm son illərin ən yüksək iflas səviyyəsi olaraq tarixə düşüb.