Filippində dağ çökdü - Ölən və yaralananlar var

16:06 - 09 Yanvar 2026

Filippində dağ çökdü - Ölən və yaralananlar var

Filipinlərdə zibil sahəsində çökmə baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 1 nəfər həyatını itirib, 12 nəfər yaralanıb və 38 nəfərin vəziyyəti isə məlum deyil.

Filipinlərin Cebu əyalətinin Cebu şəhərindəki zibil sahəsində, zibil dağında hələlik məlum olmayan səbəblə çökmə baş verib. Səlahiyyətlilər, hadisə nəticəsində 22 yaşlı bir şəxsin həyatını itirdiyini, 38 nəfərin isə taleyinin bilinmədiyini açıqlayıb. Çöküşdən sonra başlayan xilasetmə işlərində, dağıntılardan yaralı vəziyyətdə çıxarılan 12 təmizlik işçisi xəstəxanaya aparılıb.

Cebu şəhərinin bələdiyyə başçısı Nestor Arçival verdiyi açıqlamada, "Bütün müdaxilə qrupları itkin düşən şəxslərin tapılması üçün axtarış və xilasetmə işlərinə tam olaraq davam edirlər"-  deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az