Narkotiklə bağlı aparılan araşdırma çərçivəsində saç və qan nümunələri testi müsbət çıxan məşhur müğənni Aleyna Tilkinin vəkili açıqlama verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, vəkili Adem Uğur Kızıldere qan testinin təmiz olduğunu vurğulayaraq nəticənin xaricdəki siqaret tüstüsünə məruz qalmaqdan qaynaqlandığını iddia edib.
İstanbul Cümhuriyyət Başsavcılığı tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanılan və ifadəsi alındıqdan sonra sərbəst buraxılan müğənni Aleyna Tilkinin Adli Tibb İnstitutunda keçirilən narkotik testinin nəticələri prokurorluq dosyasına daxil olub. Hesabata əsasən, Tilkinin qan nümunəsində heç bir narkotik maddəyə rastlanmayıb, ancaq saç nümunəsində "marixuana" ilə əlaqəli müsbət tapıntı qeydə alınıb.