Rusiya ordusunun Ukraynaya bu gecə həyata keçirdiyi hava hücumu nəticəsində ölkə üzrə 1000-dən çox yaşayış məntəqəsində elektrik tamamilə və ya qismən kəsilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev şəhər başçısı Vitali Kliçko Kiyevə edilən hücum nəticəsində paytaxtda su, elektrik və istilik problemlərinin yaşandığını bildirib.
Ukraynanın elektrik enerjisi ötürülməsi üzrə operatoru "Ukrenergo" tərəfindən yayımlanan yazılı açıqlamada, Rusiya ordusunun ölkəyə etdiyi son hava hücumu nəticəsində enerji sistemində yaranan problemlər barədə məlumat verilib.