Rusiya PUA-ları Ukrayna sahillərində 2 ticarət gəmisini vurdu

20:54 - 09 Yanvar 2026

Rusiya PUA-ları Ukrayna sahillərində 2 ticarət gəmisini vurdu

Rusiyanın pilotsuz uçuş aparatları (PUA) Odessa limanı yaxınlığında Komor adalarının bayrağı altında soya yükü daşıyan gəmini vurub, Suriya vətəndaşı olan ekipaj üzvü ölüb.


Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba öz teleqram kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, hadisə yerinə xilasetmə bölmələri göndərilib.

Kuleba həmçinin qeyd edib ki, Rusiyanın hücum dronu taxıl yükü ilə Çernomorsk limanına gedən Sent-Kits və Nevis bayrağı altındakı daha bir gəmiyə də zərbələr endirib. Hazırda gəminin ən yaxın limana doğru hərəkətdə olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az