Türkiyənin Adıyaman şəhərində Kahta rayonunda avtobusu ilə avtomobil toqquşub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Hadisə səhər saatlarında Kahta-Adıyaman şosesinin 5-ci kilometrində baş verib.
Təmamilə dağılmış avtomobilin içindəki Mahmut İzci, Zahide İzci və Yusuf İzci həyatını itirib. Cansız bədənlər Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Qəza zamanı yaralanan 3 nəfər isə təcili tibbi yardımla Kahta Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanıb.