"X"-lə bağlı YENİLİK - Bu funksiya ləğv edildi

11:05 - 15 Yanvar 2026

\"X\"-lə bağlı YENİLİK - Bu funksiya ləğv edildi

Dünyanın ən zəngin insanı Elon Muska məxsus sosial media platforması X-in süni intellekt modeli Grok artıq insanların şəkilləri üzərində cinsi məzmunlu vizuallar yaratmayacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, X-in bu qərarı qəbul etməsinin səbəbi, süni intellekt vasitəsilə hazırlanan cinsi məzmunlu saxtakarlıq və "deepfake" görüntüləri ilə bağlı narahatlıqların artmasıdır.

Platformadan verilən açıqlamada "Grok-un, real şəxslərin şəkillərini, onları bikini və ya digər açıq geyimlərdə göstərməsini əngəlləmək üçün texnoloji tədbirlər almışıq" - qeyd edilib.

Açıqlamada bu məhdudiyyətin X-in ödənişli abunəçiləri də daxil olmaqla bütün istifadəçilər üçün keçərli olduğu vurğulanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az