Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan Əl Səud arasında telefon danışığı baş tutub.
Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, XİN başçıları söhbət zamanı son dövrdə yaşanan regional gərginlikləri müzakirə edib, onların həllinə yönəlik səylər barədə fikir mübadiləsi aparıblar.