Trampın xanımı öz həyatından bəhs edən filmi təqdim etdi

19:13 - 25 Yanvar 2026

Trampın xanımı öz həyatından bəhs edən filmi təqdim etdi

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə özü haqqında çəkilən sənədli filmin qapalı nümayişini keçirib.


Manset.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə birinci xanımın agenti və sənədli filmin prodüseri Mark Bekman məlumat verib.

“Melaniya” adlanan filmin Ağ Evin Şərq zalında baş tutan nümayişində modelin ailəsi, yaxın dostları və həyat yoldaşı, ABŞ Prezidenti Donald Tramp iştirak edib.

Qeyd edək ki, yanvarın 30-u dünya miqyasında nümayiş olunacaq film Melaniya Trampın Donald Trampın ikinci andiçmə mərasiminə (1-20 yanvar 2025 – red.) qədər olan 20 günlük həyatını əks etdirir. 104 dəqiqəlik ekran işi ərinin ikinci prezidentlik dövründə olduqca qapalı və tənha həyat tərzi sürən birinci xanımın pərdəarxası fəaliyyətindən söz açır.

Xatırladaq ki, filmin rejissoru Brett Ratnerdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az