ABŞ Prezidenti Donald Tramp böyük bir donanmanın İran istiqamətində yola çıxdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İranı razılaşmağa dəvət edərək, "Zaman daralır, razılaşın" - ifadələrini işlədib.
ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında etdiyi paylaşımda qeyd edib. Tramp "Venesuelada olduğu kimi, lazım gəldikdə sürət və güc istifadə edərək tapşırığını tez və effektiv şəkildə yerinə yetirməyə hazır, istekli və güclü" - olduğunu vurğulayıb.
Tramp paylaşımında "Ümid edirəm ki, İran tezliklə masaya oturacaq" - cümləsini də qeyd edib.