Bütün fotolarda Epşteynin yanındakı qadın kimdir? - Şok faktlar

11:01 - 05 Fevral 2026

Bütün fotolarda Epşteynin yanındakı qadın kimdir? - Şok faktlar

Epşteynin yanında görüntülənən gizli qadın kimi tanınan Ghislaine Maxwell yeni sənədlərin üzə çıxmasından sonra maraq doğurub.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, qalmaqalın mərkəzindəki şəxslərdən biri olan Ghislaine Maxwell illər boyu Epşteynin demək olar ki, hər fotoşəkilində yer almışdı.

Bəs ictimaiyyətin “gizli qadın” olaraq tanıdığı Maxwell kimdir və bu gün haradadır?

Ghislaine Maxwell 25 dekabr 1961-ci ildə Fransada anadan olub. İngilis vətəndaşı olan Maxwell media dünyasının tanınmış şəxslərindən Robert Maxwellin qızıdır. Təhsilini İngiltərədə almışdır. Uzun illər ABŞ-da yaşamış Maxwell fəal bir fiqur olaraq tanınmış və yüksək səviyyəli əlaqələri ilə diqqət çəkmişdir.

Maxwell, ABŞ-ın maliyyəçisi Jeffrey Epşteynin ən yaxın ətrafında yer almışdır. İddialara görə, Maxwell Epstein üçün yetkinlik yaşına çatmayan qızları tapmış, istiqamətləndirmiş və cinsi istismara hazırlamışdır. Bu dövrdə Epşteynin qurduğu cinsi istismar və insan alveri şəbəkəsində fəal rol oynamışdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az