Almaniya Baş naziri Friedrich Merz İran üzərində təzyiqləri daha da artırmağa hazır olduqlarını bəyan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Baş naziri Friedrich Merz Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edəcəyi üç günlük səfər öncəsi Berlindəki Brandenburg Hava Limanında mətbuat konfransı keçirib. Regionda sülh və təhlükəsizliyin önəmli olduğunu vurğulayan Merz, "İran rejimi öz xalqına qarşı tətbiq etdiyi zorakılığı dərhal dayandırmalıdır" - deyib.
Merz İranın nüvə proqramını dayandırmalı, İranın İsrailə və ya Körfəz ölkələrinə ballistik raketlər atılmamalı və regionda sabitliyi pozan fəaliyyətlərinə son verməli olduğunu bildirib.
İran İnqilab Keşikçiləri Ordusunun Avropa İttifaqında (Aİ) terror təşkilatları siyahısına daxil edildiyini qeyd edən Merz, “Tehrana qarşı təzyiqləri daha da artırmağa hazırıq. ABŞ və İsraillə danışıqlar aparırıq. İranın nüvə və silahlanma proqramlarının sürətlə sona çatdırılmasına xidmət edəcək görüşlərə hazırıq” - ifadələrini işlədib.