Brüsseldən İrəvana uçan təyyarəni ildırım VURDU

21:11 - 29 Dekabr 2021

Brüsseldən İrəvana uçan təyyarəni ildırım VURDU

Brüsseldən İrəvana uçan təyyarəni ildırım vurub.

Manşet.az xəbər verir ki, layner ildırım vurduqdan sonra Belçika paytaxtına qayıtmaq məcburiyyətində qalıb. İçərisində 180 sərnişin olan A-320 təyyarəsi yerli vaxtla saat 13:55-də Brüsseldən 45 dəqiqə gec havaya qalxıb.

Təxminən 7500 metr yüksəklikdə, Lüksemburq ərazisi üzərində ildırım təyyarəni vurub. Pilotlar dərhal Brüsselə qayıtmaq qərarına gəliblər.

Uçuş 24 saat təxirə salınıb, sərnişinlər hava limanına yaxın otellərdə yerləşdirilib.

Qalan reyslər adi qaydada həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az