Qırğızıstan parlamentinin yeni sədri seçilib.
Manset.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Kabar KNİA” portalı məlumat yayıb.
Belə ki, Joqorku Keneşin (parlament) sədr vəzifəsinə iki namizəd - Talanat Mamıtov və Adaxan Madumarov irəli sürülüb.
Gizli səsvermə zamanı deputatlardan 63-ü Mamıtovun lehinə, 10-u Madumarovun lehinə və 14 deputatın hamısının əleyhinə səs verib.
Beləliklə, Talanət Mamıtov yeni parlamentin spikeri olub.