İran yeni raketdaşıyıcısını sınaqdan keçirib

16:37 - 30 Dekabr 2021

İran yeni raketdaşıyıcısını sınaqdan keçirib

İran yeni nəsil “Simurq” raketdaşıyıcısını uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Manset.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Əhməd Hüseyni bildirib.

Onun sözlərinə görə, İran kosmosa sınaq avadanlığı ilə 3 aparat göndərib: “Aparat 470 km hündürlükdə və 7350 m/san sürətlə buraxılıb”.

Məlumata görə, İranın “Omid” adlı birinci araşdırma peyki 2009-cu ildə kosmosa buraxılıb və 3 ay fəzada qalıb. Ondan sonra “Tolu”, “Mesbah-2” və “Navid” adlı peyklər kosmosa göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az