Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarda keçiriləcək

22:50 - 30 Dekabr 2021

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarda keçiriləcək

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşü növbəti ilin yanvar ayında keçiriləcək.

Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 telekanalına müsahibəsində deyib.

“Tarix hələ məlum deyil, lakin görüşün yanvarda baş tutacağı gözlənilir ”, - o bildirib.

O əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.

Xatırladaq ki, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az