Kreml Sarayının sözçüsü Dmitri Peskov gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov Rusiya və İran arasında keçirilən birgə dəniz təlimlərinin ABŞ ilə əlaqədar artan gərginliklə bağlı olub-olmaması sualına, "Bunlar əvvəlcədən planlaşdırılmış təlimlərdir və öncədən qərarlaşdırılmışdı" - cavabını verib.
Peskov açıqlamasında İranla aparılan təlimdən Ukrayna ilə keçirilən sülh danışıqlarına qədər bir çox mövzuya toxunub. Rusiya və İran arasındakı birgə dəniz təlimlərinin Yaxın Şərqdə ABŞ ilə əlaqədar artan gərginliklə heç bir əlaqəsi olmadığını vurğulayan Dmitri Peskov, "Bunlar planlaşdırılmış təlimlərdir və əvvəlcədən qərarlaşdırılmışdı" - deyib.