"Qarabağ"dan ilk qol - CANLI - YENİLƏNİR

23:02 - 18 Fevral 2026

\"Qarabağ\"dan ilk qol - CANLI - YENİLƏNİR

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:5.

55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandasının qapısını dəqiq nişan alıb.

***

22:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl"ın 5:0 hesablı üstünlüyü var.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.


***

22:34

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

***

22:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında növbəti qol vurulub.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 5:0.

45+1-ci dəqiqədə Entoni Qordon özünün dördüncü qolunu vurub.

***

22:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

***

22:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.

32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.

***

21:55

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.


***

21:49

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

***

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçı start götürüb.


Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az