Zelenski üçtərəfli görüş haqqında danışdı

15:04 - 19 Fevral 2026

Zelenski üçtərəfli görüş haqqında danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin Cenevrə şəhərində ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlar haqqında fikirlərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski siyasi məsələlərdən çox hərbi sahədə irəliləyişlər əldə edildiyini bildirib.

Ukrayna Prezidenti Zelenski Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində davam edən diplomatik səylər barədə qiymətləndirmələrini paylaşıb.

Cenevrədə 17 fevralda başlanıb dünən başa çatan üçtərəfli danışıqların yeni mərhələsinə toxunan Zelenski, görüşlərdə hərbi və siyasi məsələlərin ayrı-ayrılıqda müzakirə edildiyini bildirib.

Tərəflərin mümkün bir atəşkəsin təmin edilməsi halında bu prosesi izləmə mexanizmi ilə bağlı müzakirələrdə irəliləyiş əldə edildiyini açıqlayan Zelenski, "Hərbi qrup üzrə danışıqları siyasi qrupa nisbətən daha tez başa çatdırmağa yaxınıq" - ifadəsini istifadə edib.

Zelenski atəşkəsin əldə edilməsi halında prosesi izləmək üçün ən böyük məsuliyyətin ABŞ-a aid olacağını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az