Polşa Baş naziri Donald Tusk vətəndaşlarına İranı dərhal tərk etmələri və bu ölkəyə səfər etməkdən qaçınmaları çağırışı edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Tusk jurnalistlərə verdiyi açıqlamada, "Xahiş edirəm, İranı dərhal tərk edin və heç bir şəraitdə bu ölkəyə səfər etməyin" - deyib.
Heç kimi qorxutmaq istəmədiyini, amma bu ölkədə isti münaqişə ehtimalının olduqca real olduğunu bildirən Tusk bu tələbin ciddi şəkildə nəzərə alınması üçün çağırış edib.
Tusk isti münaqişə halında heç kimin Polşa vətəndaşlarını təxliyə etmə imkanı təmin edə bilməyəcəyini vurğulayıb.
Keçmiş təxliyə xəbərdarlıqlarının bəzən nəzərə alınmadığını qeyd edən Tusk bunun ciddi nəticələrə səbəb olduğunu əlavə edib.